Rusiya və Özbəkistan hərbi strateji tərəfdaşlıq proqramı imzalayacaq

Moskva və Daşkənd hərbi strateji tərəfdaşlıq proqramı imzalayacaq, Rusiya müdafiə naziri Andrey Belousov özbəkistanlı həmkarı Şuxrat Xalmuxəmmədovla görüşdə bildirib.

“Biz bir sıra mühüm sənədləri imzalamaq üçün hazırlamışıq. Bu, bizim departamentlərimiz arasında 2025-ci il üçün əməkdaşlıq planı və Rusiya ilə Özbəkistan arasında 2026-2030-cu illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramıdır”, - o, Daşkənddəki danışıqlarda qeyd edib.

Sherg.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva və Daşkənd strateji tərəfdaşlar və çoxdankı dost ölkələrdir, qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə çatıb və genişlənməkdədir.

“Bizim birgə işimiz Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunmasına mühüm təsir göstərir, ona görə də bugünkü görüşə böyük əhəmiyyət veririk”, - Belousov deyib.

Belousov həmçinin Xalmuxəmmədovu Özbəkistanın müdafiə naziri təyin olunması münasibətilə təbrik edib.