ABŞ-də yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Amerika hökumətinin səmərəliliyini artırmaq üçün blokçeyn texnologiyalarından istifadə imkanlarını müzakirə etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Məlumata görə, milyarder federal xərcləri izləmək, məlumatları qorumaq, ödənişlər etmək və hətta binaları idarə etmək üçün texnologiyadan istifadəni yaxın ətrafı ilə müzakirə edib. Bundan əlavə, onlar ictimai blokçeynlərin nümayəndələri ilə görüşüblər.