
Sertifikasiyadan kəsilənlərin yenidən təhsil prosesinə qaytarılması düzgün deyil -EKSPERT
09:53 12.02.2025
Elm və Təhsil
648
İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.
Qeyd edək ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət ve fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, sertifikasiya prosesindən təxminən 5300 müəllim keçə bilməyib:

“Təəssüf ki, bu acınacaqlı vəziyyətdir. Ümumiyyətlə, bu məsələyə bir az humanist yanaşmaq təhsil adına bir növ ləkə gətirər. Biz 5300 şəxsin prosesdən kənarda qalmasını düşünəcəyiksə, bu, minlərlə şagirdin də doğru düzgün təhsil almamasına gətirib çıxaracaq. Onlara iki dəfə şans verilir. Birinci cəhddə iştirak edərək sertifikasiya müsabiqə şərtini ödədisə, əlbəttə ki, onların əmək fəaliyyətini davam edir. Yox, müsabiqə şərtini ödəmədisə, yəni ən azı 30 bal toplaya bilmədisə avtomatik olaraq ikinci şansa imkan yaradılır. Bir il sonra təkrar sertifikasiyada iştirak etmək hüququ qazanırlar. Bu şansı dəyərləndirə bilmədikləri zaman artıq həmin şəxslərin prosesdə saxlanılması doğru deyil. Çünki primitiv qaydada suallar var orada. Həmin suallar üçüncü, dördüncü siniflərin şagirdlərinin cavablandıra biləcəyi səviyyədə suallardır. Onu səhv cavablandırmaq bir müəllimə yaraşmaz. Lakin yenə də nazirlik bu məsələdə bəzi humanist addımlar atır. Onların içərisindən bəzilərinə yenə də təhsil müəssisələrində fərqli istiqamətlərdə, auditoriyaya girməmək şərtilə işlə təminat imkanı verilir. Yəni uşaq birliyində iştirak edə bilərlər, müxtəlif dərnəklərdə çalışmaq imkanı həmin şəxslər üçün tanınır. Bəzilərini hətta işlə təmin ediblər. Amma digərləri isə ya üzərində ciddi hazırlaşaraq növbəti illərdə təkrar müəllimlərin işə qəbul imtahanına qatıla bilərlər. Digər hallarda isə onların yenidən təhsil prosesinə qaytarılması düzgün və doğru deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region