Ərdoğan: Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram

Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram.

Sherg.az xəbər verir ki, bunu Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, qardaşım İlham Əliyevin və Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm: “Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Bu sırada enerji sektoru başda yer alır. Bəzilərinin xəyal kimi gördüyü Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr həyata keçirilib. TANAP və TAP-la Azərbaycan qazı Avropaya çatdırılır. İndi açılışını həyata keçirdiyimiz layihə Azərbaycanla tale birliyinin növbəti nümunəsi olacaq. Bu kəmər Naxçıvanın qaz ehtiyaclarını 30 il qarşılayacaq. Bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.