Vans: Tramp  milli təhlükəsizlik komandasından heç kimi qovmayacaq

ABŞ prezidenti Donald Tramp ordunun Yəməndəki husilərə zərbələri ilə əlaqədar məlumatların sızmasına görə milli təhlükəsizlik komandasından kimisə qovmaq fikrində deyil.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Devid Vens Qrenlandiyada yerləşən hərbi bazada açıqlama verərkən bildirib.

"Əgər ABŞ prezidentinin kimisə işdən çıxaracağını düşünürsənsə, problemlə üzləşirsən. Prezident Tramp dedi və mən, vitse-prezident də deyirəm: Biz bütün milli təhlükəsizlik komandamızın yanındayıq", - o bildirib.