Filippin Prezidenti İlham Əliyevi təbrik edib

Filippin Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Sherg.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Filippin Respublikasının Hökuməti adından Sizi və xalqınızı təbrik edirəm.
Filippin və Azərbaycan sülhpərvər, mütərəqqi və firavan ölkələr kimi ortaq dəyərləri bölüşürlər.

Xalqlarımızın rifahı naminə səy göstərdikcə, qoy, ölkələrimiz arasında tərəfdaşlıq dərinləşməkdə davam etsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".