Hikmət Hacıyev: İlham Əliyevin rəhbərliyi ilə Laçın Qafqazın ən gözəl şəhərlərindən birinə çevrildi

Laçın – 30 illik işğal və vandallıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də paylaşım edib.

"Laçın – 30 illik işğal və vandallıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilib, təbiətinin füsunkar gözəlliyi ilə valeh edən şəhər – bu gün Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə üç qardaş ölkənin – Azərbaycan, Pakistan və Türkiyənin Zirvə Görüşünə ev sahibliyi edir!"- paylaşımda deyilir.