Tehran “Hizbullah”ı qızışdırdı: Bütün ölkəni məhv edəcəyik
09:12 15.08.2025
Gündəm
262
“Livan hökuməti “Hizbullah” Hərəkatı ilə qarşıdurmaya cəhd etsə, bu ölkə salamat qalmayacaq”.
Teleqraf xəbər verir ki, bunu “Hizbullah” lideri Naim Qasım deyib.
“Əgər siz qarşı tərəfdə durub bizimlə üz-üzə gəlib bizi yox etməyə çalışsanız, Livanda həyat olmayacaq. Livan bütün komponentlər olmadan inşa oluna bilməz”, - hərəkat rəhbəri qeyd edib.
N.Qasım qeyd edib ki, İsrailin hücumları və Livanın cənubundakı beş təpəliyin işğalı davam etdikcə, “Hizbullah” silahlarını təhvil verməyəcək.
“Hizbullah” lideri, həmçinin, hökuməti onu tərksilah etmək qərarına gələrək ölkəni İsrailə təslim etməkdə günahlandırıb və bunun vətəndaş müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu bəyanatlar İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Livana səfərindən sonra gəlib. Məlumata görə, Laricanı Beyrutda Livan liderləri keçirdiyi görüşlərdə “Hizbullah”ın tərksilah edilməsinə qarşı çıxıb.
Yerli KİV İranın Yaxın Şərqdəki ən böyük proksi qüvvəsi “Hizbullah”ı İsrail və ABŞ ilə anlaşan Livan hökumətinə qarşı qızışdırdığını iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya