Avropa bölgəyə sülh gətirəcəkmi?
Yusif Nəzərli
07:28 20.10.2022
Siyasət
462
Sərhəd missiyasının fəaliyyəti müəmmalı ab-hava yaradıb
Monitorinq qrupunun obyektiv mövqedə dayanacağı böyük şübhə doğurur
Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik ekspert qrupu ətrafında müzakirələr genişlənməkdədir. Avropa İttifaqının təşəbbüsü, Fransa və Ermənistanın cəhdləri ilə ortaya atılmış "beynəlxalq missiya" ilə bağlı gözləntilər heç də birmənalı deyil. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti isə bütünlüklə beynəlxalq missiyaların əleyhinə mövqe sərgiləyir. Hesab edilir ki, Fransa kimi qərəzli ölkələrin təmsil olunduğu hər hansı missiya eyniylə Minsk Qrupu rolunu oynayacaq. Monitorinq missiyasının müvəqqəti xarakter daşıyacağı, prinsipcə, iki aydan çox davam etməyəcəyi vurğulansa da, müşahidəçilərin sayının açıqlanan rəqəmdən daha çox, həm də hərbçilərdən ibarət olacağı iddia edilir.
Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında bildirib ki, həqiqətən missiyanın fəaliyyəti ilə bağlı müəmmalı ab-hava yaranıb. Ekspert vurğulayıb ki, monitorinq qrupunun konkret hansı işlərlə məşğul olacağı, daha doğrusu, obyektiv mövqedə dayanacağı böyük şübhə doğurur:
"Aydındır ki, beynəlxalq missiya bütün fəaliyyətini birbaşa Ermənistan tərəfi ilə əlaqələndirir. Avropa İttifaqının 40 nəfərlik ekspert qrupu Ermənistanın Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçiriblər və missiyanın funksionallığı müəyyən olunub. Əgər sərhədə gələn beynəlxalq missiyanın "funksionallığı" müzakirə olunursa, deməli, onların bütün fəaliyyəti Azərbaycan əleyhinə yönələcək. Yəni missiya İrəvanın istəyi ilə çalışacaq. Təbii ki, belə bir missiya obyektiv və ədalətli monitorinq təşkil edə bilməz. Ermənistan rəhbərliyi özü açıq formada deyir ki, missiyanın məqsədi Azərbaycanın "erməni torpaqlarını işğal etməsi" faktını araşdırmaq və təsdiqləməkdir. İrəvan çalışır ki, bu metodla Azərbaycana təzyiq göstərilməsinə nail olsun. Əgər yeni missiya Ermənistanın əlində vasitəyə çevriləcəksə, təbii ki, onun "ölmüş" Minsk Qrupu ilə heç bir fərqi olmayacaq. Keçmiş həmsədrlərin də məqsədi münaqişəni saxlamaq idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət