Paşinyan səssizliyini məhz indi, müxalifətin etirazlarının təhlükəli miqyas almağa başladığı vaxtda pozub. Digər tərəfdən müsahibəni “1in.am” saytına, Ermənistanda qatı qərbpərəst və anti-Rusiya mövqeyi ilə seçilən media resursuna verib. Hazırda Qərb və Rusiyanın erməni müxalifəti üzərindən alternativ planlar qurduğunu nəzərə alsaq, etirazlar fonunda Nikolun hər iki cinaha mesaj verdiyini söyləmək mümkündür. Başqa yandan Paşinyanın “İsgəndər” raketindən Azərbaycana qarşı istifadə edildiyi etirafı ciddi bir bəyanatdır. Bu, Azərbaycana qarşı birbaşa Ermənistanın ballistik raketlərlə hücum təcavüzüdür. Rəsmi Bakı Ermənistanı dinc sakinləri hədəf aldığı üçün beynəlxalq İnsan Haqları Məhkəməsinə verə bilər. Çox güman ki, Ermənistanın atdığı “İsgəndər” havada zərərsizləşdirilib. Deməli, bu raketlər İsrailin havadan müdafiə sistemləri qarşısında zəifdir.
Baş nazirin məqsədi Sarkisyanı susdurmaqdır
Turan
10:23 25.02.2021
Siyasət
680
O, ilk növbədə deməyə çalışırdı ki, keçmiş prezidentin erməni ordusu üçün aldığı silahların hamısı istifadəyə yararsızdır
Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq rəhbər Serj Sarkisyanın “müharibənin üçüncü günündə İsgəndər raketi atılmalı idi” iddiasını cavabsız qoymayıb. Baş nazir “İsgəndərin” atıldığını, amma partlamadığını söyləyib. Baş nazir dolayı yolla Sarkisyanı ordunu köhnə silahlarla təchiz etməkdə suçlayıb. Yəni Sarkisyana demək istəyib ki, “sizin qurduğunuz ordu və silahlarla döyüşdük, amma fəxr etdiyiniz “İsgəndər”lər işləmədi”. Erməni baş nazir Sarkisyan üzərindən Rusiyanı da hədəfə alıb.
Paşinyan səssizliyini məhz indi, müxalifətin etirazlarının təhlükəli miqyas almağa başladığı vaxtda pozub. Digər tərəfdən müsahibəni “1in.am” saytına, Ermənistanda qatı qərbpərəst və anti-Rusiya mövqeyi ilə seçilən media resursuna verib. Hazırda Qərb və Rusiyanın erməni müxalifəti üzərindən alternativ planlar qurduğunu nəzərə alsaq, etirazlar fonunda Nikolun hər iki cinaha mesaj verdiyini söyləmək mümkündür. Başqa yandan Paşinyanın “İsgəndər” raketindən Azərbaycana qarşı istifadə edildiyi etirafı ciddi bir bəyanatdır. Bu, Azərbaycana qarşı birbaşa Ermənistanın ballistik raketlərlə hücum təcavüzüdür. Rəsmi Bakı Ermənistanı dinc sakinləri hədəf aldığı üçün beynəlxalq İnsan Haqları Məhkəməsinə verə bilər. Çox güman ki, Ermənistanın atdığı “İsgəndər” havada zərərsizləşdirilib. Deməli, bu raketlər İsrailin havadan müdafiə sistemləri qarşısında zəifdir.
Ermənistan baş nazirinin etiraflarını “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, Paşinyan Moskvanı ittiham etməkdən daha çox “Qarabağ klanı”nın rəhbərliyini, Sarkisyan-Koçaryan cütlüyünü susdurmaq barədə düşünür. Ekspert vurğulayıb ki, Paşinyan ölkə müxalifətinin etirazları fonunda Rusiya ilə münasibətləri korlamaq istəməz:
“Ermənistan baş naziri Kreml rəhbəri ilə dil tapa bilib və Putinin dəstəyini alıb. Son günlər Paşinyanın üçtərəfli anlaşmalarla bağlı daha liberal mövqedə çıxış etməsi də göstərir ki, erməni baş nazir Rusiyanın mövqeyi ilə razılaşıb. Paşinyanın məqsədi hər fürsətdə onu ittiham edən Sarkisyanı susdurmaq, keçmiş prezidenti faktlar qarşısında çıxılmaz vəziyyətdə qoymaqdır. Baş nazir öz ittihamı ilə bir sıra məqamlara diqqət çəkir. İlk növbədə göstərir ki, Sarkisyanın erməni ordusu üçün aldığı silahların hamısı istifadəyə yararsızdır.
Bununla da Sarkisyanı orduya pul ayırmamaqda, korrupsiyada suçlayır. Paşinyan həm də vurğulamaq istəyir ki, müharibəyə köklənməyin və revanşist çıxışların ermənilərə faydası yoxdur. Hesab edir ki, artıq qarşıdurma strategiyasından uzaqlaşmaq lazımdır. Həm də bu cür yararsız hərbi texnikalarla yeni savaşa başlamaq və uğur qazanmaq şansı sıfırdır.
Baş nazir ölkənin uçuruma yaxınlaşdığını və bu prosesdə “Qarabağ klanı”nın əsas günahkar olduğunu göstərməyə çalışır. Moksva da anlayır ki, Paşinyanın qayəsi Rusiyaya “sataşmaq” yox, öz siyasi rəqiblərini geri otuzdurmaqdır. O ki qaldı, Ermənistanın ballistik raketlərdən istifadəsinə, ermənilər hər zaman barbar planlar üzərində baş sındırıblar.
Bir nefə dəfə Azərbaycana qarşı kimyəvi silahlardan, təhlükəli bombalardan istifadə ediblər. Bu cür faktlar bizə çoxdan bəllidir və əlimizdə kifayət qədər tutarlı sübutlar var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət