
Cənubi Qafqazda yeni siyasi nizam: İrəvanın al-üst olan planları - RƏY
02:29 08.12.2023
Siyasət
401
Zəngəzur dəhlizi aktuallığını itirməyib Bakı Naxçıvana maneəsiz keçiddə maraqlıdır
"Prezident İlham Əliyev Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasının Azərbaycanın legitim hüququ olduğunu qeyd etdi. Bu da göstərir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün cəlbedilciliyini itirsə də, aktuallığını itirməyib". Bu sözləri "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bəyan edib ki, Ermənistan Naxçıvana gediş-gəliş yolunda gömrük, sərhəd nəzarətinin olmasını önə çəkir. Azərbaycan tərəfi isə maneəsiz keçiddə maraqlıdır:

"Belə bir təcrübə var. Kalinqradla Rusiya arasında maneəsiz keçid mövcuddur. Bununla bağlı Prezident İlham Əliyev erməni Baş nazir Nikol Paşinyanla danışdığını vurğuladı. Amma Paşinyan razı olmayıb. Hətta Prezident Ermənistanın burada suverenliyi ilə bağlı şərtinin olmadığını açıq elan etdi. Ermənistan hakimiyyəti isə gediş-gəlişdə yoxlamalar həyata keçirəcəyini vurğulayır. Sərbəst gediş-gəlişə icazə verməyəcəyini xüsusi vurğulayır. ABŞ və Avropa İttifaqı da Ermənistanın bu siyasətini dəstəkləyir".
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan məcbur qalıb, İranla Araz dəhlizini razılaşdırdı: "Ermənistan Azərbaycanın bu şərtləri ilə razılaşarsa, tezliklə sülh müqaviləsi bağlana bilər. Həmçinin rəsmi Bakı ABŞ və Avropa İttifaqının anti-Azərbaycan siyasətinə görə onların vasitəciliyindən imtina edib. Göründüyü kimi, məhz Qərbin anti-Azərbaycan siyasəti, Ermənistanı silahlandırması Bakını bu mövqe ortaya qoymağa sövq edib. Bu, Prezident tərəfindən çox ciddi bir siyasi gedişdir. Ermənistan tərəfi "Sülh qovşağı" adı altında yeni layihə elan edib. Halbuki bu layihə maneəsiz giriş-çıxışı nəzərdə tutmur və Ermənistan öz yoxlama prosedurunu tətbiq edir. Azərbaycan Prezidenti dəhlizlə bağlı Ermənistana və ABŞ-yə bir daha Bakının mövqeyini bildirdi. ABŞ və Avropa İttifaqı Azərbaycana Ermənistanın şərtləri əsasında sülh müqaviləsi bağlaması üçün siyasi təzyiqlər edirlər. Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşı olduqlarını açıq şəkildə bildirirlər. Əslində, Azərbaycan Zəngəzurda Rusiyanın da bu yola nəzarət etməsinin əleyhinədir. Məhz Prezident İlham Əliyev Naxçıvana gediş-gəlişdə hər hansı yoxlamanın olmamasını vurğulamaqla mesaj verdi ki, üçüncü tərəflərin burada nəzarətini qəbul etmir. Cənubi Qafqazda yeni siyasi nizam yaranır. İrəvanın bütün planları alt-üst edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm