Demokratiya boğulur
10:28 24.02.2021
Siyasət
613
Gürcüstanda proseslər Qərbin nəzarətindən çıxmayacaq
“Biz Gürcüstandakı hadisələri yaxından izləyirik. Ölkədə əsas müxalifət partiyası sədrinin həbsi dərin narahatlıq doğurur”.
Bu fikirləri NATO Alyansının baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay öz feysbuk səhifəsində yazıb.
Onlar NATO ilə yaxın tərəfdaş olan Gürcüstanın Avroatlantik demokratik standartları saxlayacağını gözləyirlər. Həmçinin, ümid edirlər ki, Gürcüstan ritorika və hərəkətlərdən çəkinərək fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcək.
Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel də ölkədə cərəyan edən proseslərə münasibət bildirib. Gürcüstanda siyasi böhranın dərinləşdiyini qeyd edən diplomatın sözlərinə görə, bütün partiyalar öz üzərlərinə məsuliyyət götürərək ölkə və xalqın maraqlarına uyğun formada hərəkət etməlidirlər.
ABŞ-ın Gürcüstandakı səfirliyi də məsələyə biganə qalmayıb. Səfirlik güc və təcavüzün Gürcüstanda siyasi ziddiyyətlərin həlli yolu olmadığını bildirib:
“Bu gün Gürcüstan Avroatlantik millətlər ailəsində daha güclü bir demokratiya olma yolunda geriyə doğru addım atdı”.
Qeyd edək ki, Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya və digər 20 müxalif həbs edilib.
Gürcüstanda baş verən prosesləri "Şərq"ə təhlil edən siyasi ekspert Əli Orucov bildirdi ki, Cənubi Qafqazda demokratik dəyərlərin bərqərar olunmasında xidmətləri olan Gürcüstanda bu cür halların yaşanması həqiqətən də narahatlıq doğurur:
"Son dövrlərdə baş verən hadisələr göstərdi ki, Gürcüstanda da vəziyyət heç də demokratiyanın inkişafı istiqamətində getmir. Əksinə, getdikcə Rusiyanın da avtoritar rejimlərinin bura təsiri özünü daha aşkar şəkildə göstərməyə başlayır.
Məlumdur ki, hadisələr parlament seçkilərindən sonra baş verdi. Həmin dövrdən etibarən Gürcüstanda proseslər arzuolunmaz vəziyyət alırdı. Nəhayət, bu hadisələr də baş verdi.
Amma zənn etmirəm ki, vəziyyət Ermənistandakı kimi daha kəskin hal alsın.
Qərbin Gürcüstana olan marağı daha çoxdur. Bu baxımdan düşünürəm ki, hazırkı proseslərin gedişatı və nəticəsi Qərbin nəzarətindən çıxmayacaq".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət