"Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməliyik” - Politoloq
Turan
13:21 21.02.2021
Siyasət
793
“Müəyyən təzyiq metodlarından istifadə edərək Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməliyik” .
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Ekspert bildirib ki, yekun sülh müqaviləsi Azərbaycanın Qarabağın bütün rayonlarında hakimiyyətinin tam bərpa edilməsi, nəzarətin tamamilə bizə keçməsinə səbəb olacaq:
“Ermənistanla imzalanması labüd olan sülh sazişi heç vaxt Azərbaycanın müəyyən güzəştlərə getməsi ilə baş tutmamalıdır. Təzminat kartından sadəcə təzyiq kimi istifadə edə bilərik, amma bundan birdəfəlik imtina etmək yolverilməzdir. Xalqımıza qarşı soyqırım törədənlərin və Azərbaycan dövlətinə maddi-mənəvi ziyan vurmuş erməni quldurlarının beynəlxalq məhkəməyə verilməsindən, təzminat davası açılmasından əsla vaz keçməməliyik. Yerevanın bu cür şərtləri tərəddüd edilmədən geri çevrilməlidir. Təzminat bizim üçün strateji məsələdir və heç bir sülh razılığının əldə olunması yönündə “xoş məram” kimi qurban verilə bilməz”.
Analitik vurğulayıb ki, təzminat Ermənistana qarşı Azərbaycanın əlində olan ən böyük təzyiq vasitəsidir:
“Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, təzminat kartı hər zaman onları revanş fikirlərindən çəkindirəcək faktordur. Biz bu faktoru hər zaman gündəmdə tutmalıyıq. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı "soyqırım" iddialarını da əngəlləyən vasitədir ki, bunun da əhəmiyyəti heç də az deyil. Təzminat əvəzinə torpaq verilməsinə aid tarixi bir faktı xatırlatmaq istərdim ki, 1923-cü il 24 iyulda imzalanan Lozan müqaviləsinə görə Meriç çayının qərbindəki Karaağac stansiyası və Bosnaköy, Yunanıstanın Qərbi Anadoluda etdiyi təxribata qarşılıq olaraq Türkiyəyə təzminat kimi verilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm