
“İranın Azərbaycana qarşı “müdaxilə ssenarisi” bumeranq effekt verəcək”
Yusif Nəzərli
11:10 19.10.2022
Siyasət
480
“Azərbaycan ərazisinə istənilən müdaxilə Türkiyə ilə üz-üzə gəlməklə yanaşı, Rusiyanın bölgədəki hazırki maraqları və Qərbin maraqları ilə toqquşmaq deməkdir"
İran bölgədə faktiki təklənmiş vəziyyətdədir. Aqressiya və hərbi təhdidlərə də siyasi masada sözünün eşidilməməsinə görə əl atır”
"Azərbaycan sərhədində hərbi təlimlər keçirən, Araz çayı üzərindən “körpü atılması” ssenarisi ilə Bakıya qarşı “müdaxilə ssenarisi” mesajı verən SEPAH-ın rəsmi “Tvitter” səhifəsində təlimlərlə bağlı Xudafərin körpüsünün də əks olunduğu video yayılanıb.
“SEPAH işğal altındakı Şimali Azərbaycan əyalətində yaşayan iranlılara mənalı mesaj göndərib” qeydi də videoya əlavə edilir. Xudafərinin azad olması tarixində tirajlanması da Bakıya ünvanlanmış “mollasayağı” mesajdır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Analitikin fikirlərinə görə, təlimlərlə bağlı İran tərəfinin rəsmi açıqlamasında “sülh və qardaşlıq” ifadələri yer alır. Lakin günlərdir sosial şəbəkə və media üzərindən Azərbaycana qarşı açıq mətnlə təhdidlər irəli sürülür:
"SEPAH –ın komandanı Hüseyn Salami də təlimlərin açılış mərasimində “Bizim qırımızı xəttimiz odur ki, sərhədlərdə heçnə dəyişilməsin, bölgənin bir küncündə hər hansı dəyişiklik olsa, tərəfsiz qalmayacağıq” sözləri ilə niyyətlərini rəsmi şəkildə bəyan etdi.
Təhdidlərə baxmayaraq, İranın bölgəyə hərbi-siyasi təsir imkanları heç olmadığı qədər məhduddur.
Ermənistan ərazisindən bölgəyə müdaxiləsinə nə Rusiya, nə Qərb razı olar. Azərbaycan ərazisinə istənilən müdaxilə Türkiyə ilə üz-üzə gəlməklə yanaşı, Rusiyanın bölgədəki hazırki maraqları və Qərbin maraqları ilə toqquşmaq deməkdir".
Ekspertin qənaətincə, İran bölgədə faktiki təklənmiş vəziyyətdədir:
"Aqressiya və hərbi təhdidlərə də siyasi masada sözünün eşidilməməsinə görə əl atır. Amma təxribat xarakterli – “terror təhdidi”, “İran ərazimə təhdidin yaranması”, “sionizm” və s. – addımlarla vəziyyəti gərginləşdirmək istəyəcəyi də istisna deyil.
Hərçənd, mollalar reallığı qəbul etmək istəməsə belə bölgədə vəziyyət 27 sentyabr 2020-ci il tarixindən əvvəlki kimi deyil. Heç vaxt əvvəlki kimi olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm