Münhen qələbəsi unudulmayacaq
21:29 15.02.2021
Siyasət
797
Bu, tarixi zəfərə aparan yollardan biri oldu
“Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də son 17 il ərzində həyata keçirilən dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir. Şübhəsiz ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq olub.
Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoyub. Həmçinin o, informasiya müharibəsində Azərbaycanın haqq səsi olub, cəsarətlə bütün təzyiqlərə sinə gərib, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilib.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa edib, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırıb.
Bu kontekstdə ötən il baş tutmuş Münhen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının növbəti diplomatik qələbəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır”.
Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Münhen qələbəsinin tarixi zəfərə aparan yollardan biri olduğunu deyən politoloqun sözlərinə görə, sözügedən konfrans zamanı Cənab Prezident Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi:
“Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Azərbaycan Prezidentinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument səsləndirə bilmədi.
Habelə, Paşinyan hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı və onun absurd iddiaları dövlətimizin başçısı tərəfindən darmadağın edildi”.
N.Qələndərli bildirib ki, bundan bir neçə ay sonra beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən Azərbaycan Ordusunun tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi sözügedən diplomatik qələbənin döyüş meydanında həlledici davamı oldu:
“Ötən il Münhendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşən Paşinyan bu dəfə 44 günlük müharibənin nəticəsi olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Beləliklə, sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycanın qarşısında diz çökdü. Dövlətimiz öz milli güc resursları ilə Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə müvəffəq oldu.
Nəticə etibarilə, “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazıldı. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm