Nikol Paşinyanın alternativi yoxdur - Politoloq
Turan
09:04 21.02.2021
Siyasət
730
“Ermənistan əhalisi üçün Qarabağ məsələsi gündəlikdən çıxıb. Kocaryanın revanşist və Qarabağla bağlı açıqlamaları, Paşinyan əleyhinə mitinqlər ermənilər üçün əhəmiyyətli deyil”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, 17 siyasi partiyanın birləşdiyi “Vətənin xilası naminə” birliyi və Vazgen Manukyanın rəhbərlik etdiyi etirazçı kütlə Paşinyana qarşı təsirli mitinqlər keçirə bilmir:
“Sabiq prezident Robert Koçaryan bunu bacarağını və kütləvi etiraz təşkil etmək üçün nüfuzunun olduğunu deyir. Amma Kocaryan Vazgen Manukyan kimi rasional və proqressiv bir vədlər vermir. Sadəcə “Qarabağ” deyib durur. Ona görə də Kocaryanın elan etdiyi mitinqlər kütləvi ola bilməz. Ermənilər üçün Koçaryan-Sarkisyan cütlüyü, “Qarabağ səhifəsi” bağlanıb. Hərtərəfli məğlub olmuş ermənilər Azərbaycanla müharibəyə getmək fikrində deyillər”.
Politoloqa görə, hazırda Ermənistanda Nikol Paşinyanın alternativi yoxdur:
“Koçaryanın əsas hədəfi hərbi çevriliş etməkdir. Amma, bunun üçün münbit şərait yoxdur. Çünki Ermənistan əhalisi keçmiş prezidentin məqsədini yaxşı bilir. İkinci variant isə etirazlarla nəyəsə nail olmaqdır. Göründüyü kimi hökumətə qarşı etirazlar da kütləvi hal almır. Bütün mitinqlər dar çərçivədə reallaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm