PKK ilə bağlı Türkiyə haqlıdır
07:33 16.02.2021
Siyasət
825
Bundan sonra ABŞ-Türkiyə münasibətlərində senari dəyişə bilər
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Türkiyənin 13 mülki vətəndaşının PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülməsi ilə bağlı açıqlaması qardaş ölkədə birmənalı qarşılanmayıb. "Sputnik Azərbaycan" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında bu ifadələr yer alıb.
"Birləşmiş Ştatlar Türkiyə vətəndaşlarının İraqın Kürdüstan bölgəsində öldürülməsinə görə təəssüflənir. NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq və son qarşıdurmada həlak olanların ailələrinə başsağlığı veririk. Türkiyə vətəndaşlarının terror təşkilatı PKK-nın əlində ölməsi xəbərləri doğrudursa, bu addımı qətiyyətlə pisləyirik", - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.
Mövzu ilə bağlı açıqlama verən politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə-ABŞ, Türkiyə-Rusiya, ABŞ-Rusiya münasibətləri paralelliklə müqayisə edilə bilər. Politoloq qeyd edib ki, burda bir neçə senari ola bilər:
"Məsələn, ABŞ Türkiyəyə qarşı sərt siyasət tuta bilər. Rusiya ilə münasibətləri isə yaxşılığa doğru gedə bilər. Bu, təbii ki, Türkiyənin maraqlarına cavab vermir. Yox, əksinə də ola bilər. ABŞ Türkiyənin yanında olub, onunla münasibətləri düzəldib bir yerdə Rusiyaya qarşı cəbhə aça bilər. Bu senari Türkiyənin maraqlarına cavab verir. Üçüncü senari də ola bilər ki, ABŞ hər iki ölkə ilə münasibətlərin gərginləşməsinə doğru getsin. Bu da Türkiyə və Rusiyanın daha da yaxınlaşmasına səbəb ola bilər və bu, Türkiyənin maraqlarına cavab verir".
Politoloq qeyd edib ki, ən az ehtimal olunan senari ABŞ-ın həm Türkiyə, həm Rusiya ilə münasibətləri düzəltməyə çalışmasıdır:
"Bilirsiniz ki, Donald Tramp bunu etmək istədi. Amma ona Baydenin komandası, onu müdafiə edən elitalar imkan vermədi. Hesab edirəm ki, yaxın gələcəkdə, yəni biz Co Baydenin xarici siyasətini gördükcə dəqiq nəsə deyə bilərik.
Amma PKK ilə bağlı Türkiyə haqlıdır. İndiki PKK-nın arxasında Amerika durur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm