Rusiya və İranın böyük əndişəsi var
05:39 17.02.2021
Siyasət
857
Baydenin daha sərt addımlarına şahid olacağıq
"Rusiya və İranın Hind okeanında birgə hərbi təlimlərə başlaması ABŞ-ın bölgədə genişlənməsinə qarşı güc nümayişidir"
İran və Rusiyanın Hind okeanının şimal hissəsində keçirməli olduğu hərbi-dəniz təlimlərinə start verilib. Bu barədə Rusiyanın Tehranda səfirliyinin mətbuat-attaşesi Maksim Suslov məlumat verib. Hərbi manevrlərin 16 fevralda başlayacağı gözlənilsə də, təlimlər bir gün əvvələ çəkilib. İran ordusu komandirinin müavini və Baş qərargah rəisi Həbibullah Sayarinin sözlərinə görə, hərbi təlimlər Hind Okeanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Onu da vurğulayaq ki, budəfəki təlimlərdə Çin iştirak etməyib. Halbuki, 2019-cu ilin dekabr ayının sonunda Hind okeanı və Oman körfəzində İran, Rusiya və Çinin birgə hərbi-dəniz təlimləri keçirilmişdi. İstənilən hərbi təlimlər həm bir sıra ölkələrin bir cəbhədə olduğunu göstərir, həm də qarşı qütblərə “əzələ nümayişi” kimi qələmə verilir. Xüsusən, bölgənin iki əsas gücünün - Rusiya və İranın indiki məqamda hərbi təlimlərə başlaması heç də təsadüfi sayılmır.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə deyib ki, Rusiya və İranın Hind okeanında birgə hərbi təlimlərə başlaması ABŞ-ın bölgədə genişlənməsinə qarşı güc nümayişidir. Siyasi şərhçinin sözlərinə görə, bu ərazilər Çinin maraqları çərçivəsində olsa da, Pekin hərbi təlimlərdən imtina edib: “Görünür, bölgədəki vəziyyətdən daha çox İran və Rusiya narahatdır:
“Təlim “Təhlükəsizlik Kəməri” adı daşıyır. Məqsəd Somali yarımadasından Hind-Çin yarımadasına qədər təhlükəsizlik zolağı çəkərək bölgəyə nəzarəti ələ keçirməkdir. Çinin kənardan müşayiət etməsi belə qənaətə gəlməyə əsas verir ki, Rusiya və İranın cəhdlərinə baxmayaraq, Çin və ABŞ regiondakı hərbi üstünlüklərini əldən verməyəcək. İran bütün sərhədləri boyu NATO bazaları ilə nəzarətdə saxlanılır. Rusiyanın isə bu ərazilərdə dominant ölkə olmaq cəhdi perspektivsizdir. Bunun üçün Rusiyanın yetərincə dəniz və hava qüvvələri yoxdur”.
Analitik vurğulayıb ki, Rusiya və İran iqtisadiyyatının 60 faizi neftdən asılı olduğu üçün hazırda neft bazarındakı vəziyyət bu ölkələri çıxılmaz duruma salıb:
“ABŞ-da siyasi hakimiyyətin dəyişməsindən sonra Co Bayden hakimiyyətinin insan haqları daha çox tapdanan ölkələrə təzyiq göstərəcəyi ilə bağlı proqnozlar özünü doğruldur. Fikrimcə, Rusiya və İran ciddi sanksiyalarla üzləşəcək. İndiyə qədər Obama və Tramp hökumətlərinin mülayim sanksiyaları Baydenin qətiyyətli sərt addımları ilə əvəz olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm