“Ruslar erməni separatizminə dəstək verəcək, amma...”
14:37 15.02.2021
Siyasət
1066
“...Qarabağı Osetiya, Abxaziya, Donbas bölgəsinə çevirməsinə imkan vermədik”
“Həmçinin Türkiyə bizim strateji müttəfiqdir və Rusiya da Türkiyə amili ilə hesablaşmaq məcburiyyətindədir”
44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, beyinlərdə müəyyən suallar qalmaqdadır. Müharibənin qızğın vaxtında Rusiya Ermənistana istər tibbi, istərsə də ərzaq baxımından yardım edirdi. Proses hələ də davam edir.. Rusiya imzalanan bəyanata əsasən şimal qonşumuz Qarabağda sadəcə sülhməramlı missiyasını yerinə yetirməlidirlər.
Lakin ruslar 10 noyabr sazişindən sonra Qarabağa 52 min 473 erməni qaytarıb. Bəzi ekspertlər iddia edirlər ki, Kremlı Qarabağa erməniləri köçürdükdən sonra onlar Rusiya pasportu paylacaq. Bununla da özünün özlərinin bölgəkədi yerlərini möhkəmlədəcəklər. Bir sözlə Abxaziya və Şimali Osetiyada oynanılan ssenari Qarabağda da təkrarlanacaq.
Vəziyyəti şərh edən “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da diqqətə çatdırıb ki, arabağ problemini yaradan da Çar Rusiyası olub:
"Türkmənistan müqaviləsindən sonra ruslar erməniləri Azərbaycan torpaqlarında yerləşdirib bizə problem yaratdılar. 200 il ərzində ermənilərə əsas dəstəyi Sovetlər birliyi, Çar Rusiyası verib.
Bu siyasət indi də davam edir. Müharibə dönəmində prezident İlham Əliyev də dönə-dönə bu barədə fikirlərini vurğulayıb.
Erməniləri Qarabağda yerləşdirməkdə məqsədləri rus hərbçilərinin həmin ərazilərdə varlığının aktuallığını artırmaq istəyidir. Biz məcburuq ki, ruslarla dialoq içərisində olaq və bu məsələləri aydınlaşdırmağa çalışaq".
E.Şahinoğlu əlavə edib ki, nə qədər Rusiya ilə əməkdaşlıq münasibətlərimiz olsa da, ruslar tarixən olduğu kimi erməni separatizminə dəstəyi davam etdirəcək:
"Dağlıq Qarabağ Abxaziyaya, Şimali Osetiya və Donbassa bənzəmir. Biz böyük qələbə əldə etdik. Amma yenə də qarşımızda müəyyən hədəflər dayanıb. Çünki Qarabağda hələ də əli silahlı seperatçılar var. Rusiyanın təxribatları davam etsə də, Qarabağı Osetiya, Abxaziya və yaxud Donbas bölgəsinə çevirməsinə imkan vermədik. Həmçinin Türkiyə bizim strateji müttəfiqdir və Rusiya da Türkiyə amili ilə hesablaşmaq məcburiyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm