Sabir Rüstəmxanlı razıdır:“Dövlət partiyalara maliyyə dəstəyi verir”
Fidan Həmişəyeva
12:20 17.02.2021
Siyasət
725
Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunub. İlin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.
Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır. Dövlət büdcəsindən yalnız parlamentdə təmsil olunan partiyalara vəsait ayrılır. Siyahıda isə Vətəndaş Birliyi Partiyası yoxdur. Partiyanın sədri, deputat Sabir Hacıyev mətbuata açıqlamalarında bu vəsaitdən imtina etdiyini açıqlayıb.
Maliyyə yardımına dair “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı prosesin ədalətli olduğunu qeyd edib:
“Hansı siyasi partiyalara maliyyə yardımının veriləcəyinə dair prinsiplər müəyyən edilməli idi. Artıq bu prinsip müəyyənləşdirilib. Dövlət Milli Məclisə seçilmiş partiyalara dəstək verir.
Hətta Parlamentə seçilməsə də partiyası seçkilərdə 3 faizdən çox səs toplayırsa, onlar da dövlətdən maliyyə yardımı alırlar. Lakin bu dəfə 3 faizdən yuxarı səs yığan yox idi. Beləliklə, əsasən parlamentdə təmsil olunan partiyalar maliyyə dəstəyi aldı.
Məbləğin az və yaxud çox olduğunu deyə bilmərəm, əsas odur ki, biz 23 işçimizə maaş veririk. Maliyyə fəaliyyətimiz yoxlanılır və bu barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verilir.
Yəni proseslər tamamilə şəffaflıqdan ibarətdir. Şükür ki, ölkəmizdə bu şəffaflıq təmin olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm