Türkiyə Şuşada konsulluğunu açmalıdır
Turan
08:51 16.02.2021
Siyasət
817
Ankara hökuməti siyasi-iqtisadi və mədəni sahələrdə Qarabağda təmsil oluna bilər
İşğaldan azad olunmuş torpaqlarımızda, xüsusən Şuşada iqtisadi-mədəni sahədə fəaliyyət göstərmək, quruculuqda iştirak etmək təklifləri qardaş Türkiyədən də gəlir. MHP başçısı Dövlət Baxçalının məktəb ideyasının reallaşma yoluna girməsindən sonra Türkiyənin Qarabağda, ələlxüsus Şuşada nümayəndəlik, konsulluq açmaq təklifləri də gündəmə gəlməkdədir.
Əvvəlcə, Azərbaycanda partiya təmsilçiləri tərəfindən səslənən konsulluq ideyası son günlər Türkiyə mediasının da müzakirə mövzusuna çevrilib. Əksəriyyətin düşüncəsinə görə, hər şəraitdə, o cümlədən 44 günlük Vətən savaşında Azərbaycanın yanında olan qardaş Türkiyə Qarabağla bağlı bu cür addımlar atmaqda təbii haqq sahibidir. Hətta Türkiyənin bu və ya digər formada Qarabağda olması bizim üçün daha məqsədəuyğundur.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə bildirib ki, Türkiyənin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında öz varlığını göstərməsi, proseslərdə yaxından iştirakı labüddür. Partiya rəhbərinin fikrincə, qardaş ölkənin Vətən müharibəsində qeyd-şərtsiz Azərbaycanın yanında durması, hərbi-siyasi və diplomatik dəstəyi Türkiyənin üzərimizdəki mənəvi haqqını artırıb:
“Azərbaycandan sonra ikinci bir ölkə Qarabağda haqq sahibidirsə, bu dövlət tərəddüdsüz qardaş Türkiyədir. Bizim də istəyimiz odur ki, Türkiyə Şuşada konsulluq açsın, məktəblər tiksin. Ankara hökuməti hansı formada və ya qaydada arzulasa, siyasi-iqtisadi və mədəni sahələrdə Qarabağda təmsil oluna bilər. O cümlədən, türk şirkətləri işğal azad edilmiş bütün ərazilərimizdə tikinti və quruculuq işlərində yaxından iştirak etməlidir. Öncəlik qardaşlarımıza verilməlidir və bununla qismən də olsa mənəvi borcumuzu qaytarmağa çalışmalıyıq. Türkiyənin Qarabağda, Şuşada siyasi-iqtisadi varlığı həm də Ermənistanın himayədarları üçün tormozlayıcı mexanizm olacaq. Bununla da ermənilərin təxribatlarına son veriləcək. O baxımdan Türkiyənin bölgədə olması hər baxımdan rəsmi Bakının faydasınadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm