Vüqar Rəhimzadə: "Gəncə hadisələri dövlətçiliyimizə zərbə vurmaq məqsədi güdürdü"
Fidan Həmişəyeva
11:46 19.08.2019
Siyasət
1098
“Bəzi radikal qruplar Gəncə hadisələrini törətməklə dövlətimizə yönəlmiş satqınlığın nümunəsini ortaya qoydular”. Bu sözləri “Sherg.az”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor qeyd edib ki, separatçı qüvvələr hər zaman Azərbaycana qarşı qənim kəsiliblər:
“Onların törətdiyi əməllər ictimaiyyətimizə yaxşı bəllidir. Gəncə hadisələri birmənalı şəkildə dövlətçiliyimizə zərbə vurmaq məqsədi güdürdü. Həmçinin bu hadisələr böyük bir cinayət idi. Cinayət hadisəsi kifayət qədər faktlarla təsdiq olundu. Burada təkcə iştirakçılar deyil, onlara rəvac verən insanlar da bəllidir. Təbii ki, hansısa xarici ölkədə oturub Azərbaycanın əleyhinə iş aparan insanların əməlləri və çağırışları dövlətçiliyimizə qəsd və xəyanət idi. Belə qrupların fəaliyyətlərinə baxsaq görərik ki, onların əksəriyyəti bir çox dövrlərdə vəzifə tutmuş insanlar olublar. Onlar vəzifədə olduqları dövrdə xalqımıza xəyanət etmiş insanlar idi. Belələri yalnız şəxsi maraqları naminə çirkin niyyətlərini həyətə keçiriblər və Azərbaycanı istəməyən qüvvələrin erməni lobbisinin əlindəki alət rolunu oynayaraq ölkəmizdə sabitliyi pozmaqla məşğuldurlar”.
V.Rəhimzadə vurğulayıb ki, xalqımızı sevən, dövlətçilik ənənələrimizə sadiq olan vətəndaşlarımız belə qüvvələrə qarşı amansız mübarizə aparmalı və onları layiqli yerlərinə oturtmalıdırlar:
“Dövlətimizin ali qanunları var. Bu qanunlar çərçivəsində cinayətkarlar cəzalanmalıdır. Həmçinin hüquq mühafizə orqanları dövlətçiliyə qarşı qəsd etmək niyyəti güdən və bu sahədə çağırış edənlərə qarşı lazımlı tədbirlər görməlidir”.
Qeyd edək ki, Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Son vaxtlar dövlətimizə zərər vurmaq istəyən həmin radikal qüvvələrin fəallaşdığı deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm