Pişik və it şəkillərinin arasında gizlədilmiş canavarı tapmaq üçün hazırlanan optik illüziya testi sosial şəbəkələrdə diqqət çəkib. Testdə iştirak edən 800 nəfərdən yalnız 17-si gizli təsviri 9 saniyə ərzində müəyyən edə bilib.
Sherg.az xəbər verir ki, test iştirakçılarından çoxsaylı pişik və it təsvirlərinin arasındakı canavarı qısa müddətdə tapmaq tələb olunur.
Testin çətinliyi canavar şəklinin kiçik, şəffaf və yalnız bir hissəsinin görünməsi ilə bağlıdır. Digər heyvanların təsvirləri isə daha böyük və aydın olduğundan gizli təsviri seçmək çətinləşir.
Bəs siz gizlənmiş canavarı 9 saniyəyə tapa bilərsinizmi?