Rusiyada mənzil almaq niyyəti olmadan bahalı evlərə baxan “mənzil turistləri”nin sayı artıb. Onların bir qismi sadəcə evlərdə yaşamağı xəyal edir, digərləri isə sosial şəbəkələr üçün görüntülər çəkdirir.
Sherg.az xəbər verir ki, “KP.RU” nəşrinin məlumatına görə, bəzi şəxslər hətta başqa şəhərlərdən Moskvaya gələrək tarixi binalardakı mənzillərə baxmaq istəyirlər. Rieltorlar isə bu cür müştəriləri ayırd etmək üçün onların maliyyə imkanlarını, alış planlarını və ödəniş üsullarını dəqiqləşdirirlər.
Ekspertlər bildirirlər ki, bəzi alıcılar onlarla mənzilə baxsalar da, sonda ilk gördükləri evə qayıdırlar. Hətta mənzil seçərkən astroloqların və Vastu mütəxəssislərinin məsləhətinə müraciət edənlər də var.