Selçuk Bayraktar: Qarabağın səmasında Ay-Ulduzdan başqası parlamaz

Türkiyənin “Baykar” müdafiə şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bununla əlaqədar onun sosial media hesablarında paylaşım olunub.

“Qarabağın səmasında Ay-Ulduzdan başqası parlamaz. Can Azərbaycanın Zəfər Günü mübarək olsun. Şəhidlərimizi rəhmət və minnətlə anırıq”, - paylaşımda bildirilib.

“Baykar” şirkətinin sosial media hesablarında da Zəfər Günü ilə bağlı Azərbaycana təbrik mesajları paylaşılıb.