Daşqında qalan şimpanzeyə dronla banan çatdırıldı

ABŞ-ın Florida ştatında güclü yağışlar nəticəsində su altında qalan sığınacaqda köməksiz qalan 38 yaşlı şimpanzeyə dronla yemək və ədyal göndərilib.

“Sherg.az” xəbər verir ki, Fort-Pirs yaxınlığındakı “Save the Chimps” sığınacağında yolları su basdığı üçün əməkdaşlar Kaleb adlı şimpanzeyə qolf avtomobilləri ilə çata bilməyiblər. Buna görə drondan istifadə edərək ona banan və digər ləvazimatlar çatdırıblar.

Şimpanze daha sonra kəndir vasitəsilə təhlükəsiz əraziyə keçib. Daşqın zamanı digər heyvanların da təminatı əməkdaşlar tərəfindən davam etdirilib.