İtaliyanın "Fiorentina" klubunda icarə əsasında çıxış edən "Real Madrid"in gənc futbolçusu Franko Mastantuono Madrid təmsilçisinin heyəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Fanat.Az xəbər verir ki, argentinalı yarımmüdafiəçi İtaliya mətbuatına verdiyi müsahibəsində komandadakı bəyəndiyi futbolçuların adlarını sadalasa da, Arda Gülərin adını ümumiyyətlə çəkməyib.
Mastantuono öz fikirlərini belə ifadə edib: "Cud Bellinqemi həqiqətən çox bəyənirəm, "Real Madrid"dəki favorit oyunçum odur. Bundan başqa Vinisius, Mbappe, Valverde, Brahim də var... İndi isə Diomande və Espi də komandadadır. İnanılmaz bir heyətləri var."
Gənc futbolçunun demək olar ki, bütün əsas hücumameyilli oyunçuların adını qeyd edib Arda Güləri siyahıya salmaması Türkiyə idman mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.