Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son günündə “Sabah” “Şamaxı”nı qəbul edib.
“Sabah Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Karlos Eduardo (17-ci dəqiqə) və Coy-Lens Mikels (49-cu dəqiqə) vurublar.
Qonaqların heyətində isə Oruc Məmmədov (27-ci dəqiqə) fərqlənib. 62-ci dəqiqədə Rəhman Daşdəmirov avtoqol müəllifi olub.
Bu nəticədən sonra ehtiyatda daha bir oyunu olan “Sabah” 21 xalla turnir cədvəlinin ikinci, "Şamaxı" isə 14 xalla yeddinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun bu gün baş tutan digər görüşündə “Sumqayıt” “İmişli” ilə qolsuz (0:0) heç-heçə edib. Daha əvvəl “Qarabağ” “Turan Tovuz”a (0:1) uduzub, “Neftçi” “Kəpəz”i (1:0), “Zirə” isə “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” matçında (2:2) isə qalib müəyyənləşməyib.