“İnter”in türkiyəli futbolçusu Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb. “Qalatasaray” və “Fənərbağça” təcrübəli yarımmüdafiəçini transfer etmək istəyir.
Sherg.az xəbər verir ki, İtaliyanın “La Samp” nəşrinin məlumatına görə, hər iki klub 32 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir və mövsümün sonunda onu azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar aparılsa da, hələlik razılıq əldə olunmayıb. Futbolçunun karyerasını İtaliya klubunda davam etdirmək istədiyi bildirilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində 12 oyunda meydana çıxıb, 3 qol vurub. Onun hazırkı bazar dəyəri 16 milyon avro qiymətləndirilir.