“Survivor 2021” yarışmasının qalibi İsmail Balaban və həyat yoldaşı İlayda Şeker ikinci dəfə valideyn olublar. Cütlüyün Mayda adlı qız övladı dünyaya gəlib.
Sherg.az xəbər verir ki, İlayda Şeker doğuşdan sonra həyat yoldaşı və həkimlə birlikdə çəkdirdiyi ilk ailə fotosunu sosial şəbəkədə paylaşıb.
İsmail Balaban da sevincini bölüşərək qızının sağlam dünyaya gəlməsinə görə Allaha şükür edib və onun vətəninə xeyirli övlad olmasını arzulayıb.
Qeyd edək ki, cütlük “Survivor 2021” yarışmasında tanış olub, 2022-ci ildə ailə qurub. Onların İlis adlı daha bir qız övladı var.