Bolnisi rayonunda Qardabani Futbol Akademiyası ilə Bolnisinin “Sioni” Futbol Akademiyası arasında dostluq görüşü keçirilib.
24News.ge xəbər verir ki, qarşılaşma 2014–2015-ci il təvəllüdlü uşaqlar arasında baş tutub.
Görüş Qardabani Futbol Akademiyasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qardabani Futbol Akademiyasının direktoru Heydər Əliyev xəbər portalımıza müsahibəsində bildirib ki, akademiyanın bu yaş qrupu üzrə daha iki komandası fəaliyyət göstərir. Onlardan biri isə yalnız Nəzərli və Kosalı kəndlərindən olan uşaqlardan təşkil olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Qardabani Futbol Akademiyası Tbilisidə fəaliyyət göstərən “Qalatasaray” Futbol Akademiyası ilə də dostluq oyunu keçirib. Həmin qarşılaşma da Qardabani komandasının qələbəsi ilə başa çatıb.