Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib.
2009-cu il təvəllüdlü Cəbrayılov Toğrul Razı oğlu hamam otağında dəm qazının təsirinə məruz qalıb.
Zərərçəkən dərhal Uşaq Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.