ABŞ Konqresindəki demokratlar Ukraynaya 15 milyard dollar yardımın ayrılmasını müzakirə ediblər

ABŞ Konqresindəki demokratlar Ukraynaya təxminən 15 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı paketinin ayrılmasını müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə FT məlumat yayıb.

Bildirilib ki, bu məbləği ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çalışan demokratın adı açıqlanmayan köməkçisi bildirib.

Təşəbbüs hələ müzakirə mərhələsindədir. Qanun layihəsi təqdim edilməyib, onun müəllifləri açıqlanmayıb və səsvermənin tarixi müəyyənləşdirilməyib.