Görənlər heyrətə saldı: Tam 300 kiloqramlıq nəhəng çöl donuzu ovladılar

Türkiyənin Amasya bölgəsində qovma üsulu ilə ova çıxan ovçular təxminən 300 kiloqram ağırlığında nəhəng çöl donuzu ovlayıblar.

Sherg.az xəbər verir ki, heyvanın böyüklüyü bölgədə uzun illərdir ovçuluqla məşğul olanları heyrətə salıb.

Yuva kəndinin yaylasında ovçular böyük bir çöl donuzu ilə qarşılaşıblar. Ovçuların təqibi nəticəsində çöl donuzu ovlanıb.

Bölgədə uzun illərdir ovçuluqla məşğul olan Zihni Koç təxminən 300 kiloqram ağırlığında olan çöl donuzunun indiyədək ovladığı heyvanlar arasında ən böyüklərindən biri olduğunu bildirib.