ABŞ-nin Kaliforniya ştatında eniş zamanı havada toqquşan iki paraşütçü həyatını itirib.
Sherg.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hadisə Lake Elsinore bölgəsində baş verib. Təxminən 45 metr yüksəklikdə toqquşan paraşütçülərin paraşütləri bir-birinə dolaşıb. Xəstəxanaya çatdırılan hər iki şəxs həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin qadınlar üçün təşkil olunan paraşütçülük təlimi zamanı baş verdiyi bildirilir. Qəza ilə bağlı araşdırma aparılır.