Möcüzəvi əməliyyat: Üç həftə müalicə alan turist tam sağalıb - FOTO

  • Bodrumda 75 yaşlı turistin nəfəs borusundakı 7 santimetrlik yırtıq əməliyyatla bərpa edildi

Türkiyənin Bodrum şəhərində kruiz gəmisində huşunu itirən 75 yaşlı britaniyalı turist həkimlərin uğurlu əməliyyatından sonra sağlığına qovuşub.

Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bernard Cotterill adlı turistin nəfəs borusunda 7 santimetrlik yırtıq aşkarlanıb. Vəziyyəti ağır olan xəstə təcili əməliyyata alınıb. Həkimlər yırtığı tikişlərlə bərpa edərək əlavə müdaxilə ilə nəfəs və qida boruları arasında əlaqənin yaranmasının qarşısını alıblar.

Təxminən üç həftə xəstəxanada müalicə alan turist tam sağalıb.

“Türkiyəli həkimlər mənə ikinci həyat bəxş etdilər. 75 yaşım var, amma indi özümü yenidən 21 yaşında hiss edirəm”,- deyə britaniyalı turist bildirib.