- Biz bu qələbəni qorumalıyıq, gələcək nəsillərə ötürməliyik
“Bu qələbənin memarı Azərbaycan xalqıdır, Azərbaycan əsgəridir, şəhidlərimizdir, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Xalqın birliyi, vəhdətidir”.
Zəfər Gününün yalnız Azərbaycan dövlətçilik tarixində deyil, həmçinin hərb tarixində də silinməz iz qoyduğunu söyləyən Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, Zəfər Günü Azərbaycanın qürur günüdür, Azərbaycanın yaranışı və dövlət quruluşundan bu günədək dünyaya örnək olan hərb tarixinin doğuluş günüdür:
- Təsadüfi deyil ki dünyanın hərbi ekspertləri, bu sahənin mütəxəssiləri Azərbaycanın 44 günlük Vətən müharibəsi hərb tarixinin ən gözəl nümunələrindən biri olaraq dərsliklərə salınmasını təklif ediblər. Bu, dünyaya örnək olacaq unikal bir dövr idi. Azərbaycan dünyaya düşmənə, işğalçıya qarşı savaşın necə humanist prinsiplər əsasında aparıla biləcəyini əyani olaraq göstərdi. Azərbaycan Sulahlı Qüvvələri yalnız düşmənin strateji hərbi obyektlərinə zərbə endirdi, o obyektləri vurdu və mülki insanlara qarşı heç bir dağıntı, fəlakət törətmədən müharibənin qalibi oldu. Qarabağı öz istəyi ilə tərk etmək istəyən mülki vətəndaşların sərbəst çıxarılmasına imkanlar açdı, şərait yaratdı. Bununla da dünyaya örnək nümayiş etdirdi. Təbii ki, bu qələbənin memarları Azərbaycan xalqıdır, Azərbaycan əsgəridir, şəhidlərimizdir, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Analardır, bacılardır. Bu qələbənin qazanılması xalqın birliyi, vəhdəti sayəsində mümkün oldu. Evindəki son yeməyini, bişirdiyi xörəyi orduya, əsgərlərə aparan ana-bacılarımız bu vəhdətin bariz nüminəsidir. Zəfər Günü münasibətiylə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın dünya siyasətində yüksək imicinin formalaşmasında, xalqımızın özünədərkə qayıdışının oyanmasında Zəfər tariximiz müstəsna əhəmiyyətə malikdir. Biz bu qələbəni qorumalıyıq, gələcək nəsillərə ötürməliyik. Əminəm ki, bundan sonra torpaqlarımızın bir qarışı belə işğal altına düşməyəcək, Qarabağ tam bərpası uğurla başa çatdırılacaq, vətənaşlarımızın sülh şəraitində geri dönüşünü təmin etmiş olacağıq, bir zaman doğma torpağından didərgin salınmış insanlar öz yurdunda məskunlaşacaq və biz Qarabağın yenidən çiçəkləndiyinə şahid olacağıq.