Koronavirusun yeni mutasiya variantlarının yayılması və qonşu ölkələrdə yoluxma hallarının artması COVID-19-la mübarizəni yenidən gündəmə gətirib.
Medicina.az xəbər verir ki, yüksək dozalı Vitamin C-yə maraq artıb.
COVİD-19-la mübarizədə yüksək dozalı Vitamin C
Pandemiya dövründə yüksək dozalı Vitamin C-nin venadaxili tətbiqi müxtəlif klinik tədqiqatlarda araşdırıldı. Bu yanaşmanın antioksidant və iltihabəleyhinə xüsusiyyətləri, eləcə də immun sisteminə təsiri elmi maraq doğurdu və pandemiya dövründə geniş istifadə edilməyə başlanıldı.
Mütəxəssislər qeyd edir ki, yüksəkdozalı Vitamin C (Pascorbin 7.5q)
Antioksidant müdafiəni dəstəkləyi
İmmun sisteminin normal fəaliyyətinə dəstək olur
Hüceyrələri oksidativ stressdən qorumağa kömək edir.
Beləliklə də, yüksəkdozalı vitamin C qanda oksigen səviyyəsi artırmağa, iltihabın azalmasına və sağalmanı sürətləndirməyə dəstək olur. Məhz bu xüsusiyyətləri onu Covid-19 ilə mübarizədə əvəzedilməz edir.
Ölkəmizdə pandemiya dövründə yüksəkdozalı Vitamin C müalicə protokollarına daxil edildi və uğurlu nəticələri müşahidə olundu.
Yüksəkdozalı vitamin C venadaxili infuziya olunduğundan daha tez qana qarışır və yüksək konsentrasiyaya çatmağa imkan verir.