Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb.
Axar.az "Bild"ə istinadən xəbər verir ki, aviaqəza bu gün gündüz saatlarında baş verib.
İlkin məlumatlara görə, təyyarə yolda hərəkət edən avtomobillərə dəyməyib. Onun qəzaya uğramasının səbəbi araşdırılır.
Hadisə yerində polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri işlərini davam etdirir.