Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib

Avropada istilik mövsümünün ilk həftəsində yeraltı qaz anbarlarından istifadə 2,5% təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) assosiasiyasının məlumatlarından məlum olub.

Məlumata görə, hazırkı temp davam edərsə, Avropanın yeraltı anbarlarındakı ehtiyatlar sürətlə azalacaq. Hazırda ehtiyatların doluluq səviyyəsi 74%-dən aşağı düşüb. Beləliklə, oktyabrın 28-də istilik mövsümünün başlanmasından ötən müddətdə anbarlardan 2 milyard kubmetrdən çox qaz götürülüb. Xalis götürmə (anbarlardan götürülən və anbarlara vurulan qazın həcmi arasındakı fərq) 1,5 milyard kubmetrə çatıb.

Avropa Komissiyasının tələblərinə əsasən, Avropa İttifaqına üzv ölkələr hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdırlar. Yeraltı qaz anbarlarının doldurulması ilə bağlı çətinliklər yarandıqda bu göstərici üzrə 10 faizlik güzəştə yol verilir.

Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünün başlanğıcında normativ doluluq səviyyəsinə nail olmaq üçün Avropanın qaz anbarlarına xalis 68 milyard kubmetrdən az olmayaraq qaz vurulmalı idi. Lakin Avropa Komissiyası qışın çox mülayim keçəcəyinə ümid edərək 2026-cı ildə bu normanın 80%-ə endirilməsinə hazır olub.

Nəticədə Avropa yeraltı qaz anbarlarına tələb olunan həcmin yalnız 75,5%-i – 51 milyard kubmetr qaz vurulub.