İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi

“İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Moskvaya səfərinin əsas məqsəd ölkənin Ali rəhbəri Müctəba Xameneinin mesajını Rusiya Prezidenti Vladimir Putinə çatdırmaq idi”.

Teleqraf xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Qəni deyib.

O bildirib ki, Möhsün Rezayi ilə Vladimir Putin arasında üç saat davam edən görüşdə ikitərəfli əməkdaşlığın əsas istiqamətləri, eləcə də Müctəba Xameneinin rəhbərliyi dövründə Tehran-Moskva münasibətlərinin perspektivləri müzakirə edilib.

Baqiri Qəni Rusiyadan İrana qaz nəqlini və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafını iki strateji layihə kimi qiymətləndirib.

O qeyd edib ki, bu əməkdaşlıq layihələri ABŞ-nin İrana qarşı təzyiqlərini azalda və iki ölkə arasında iqtisadi-təhlükəsizlik əlaqələrinin güclənməsinə töhfə verə bilər.