“Ekspedisiya” brendinin qurucusu vəfat etdi - Restoranda halı pisləşib

Rusiyanın məşhur “Ekspedisiya” brendinin qurucusu Aleksandr Kravtsov 58 yaşında vəfat edib.

Məlumata görə, noyabrın 3-də restoranda olarkən iş adamının halı qəfil pisləşib. İlkin məlumatlara əsasən, ölümün səbəbi ürək çatışmazlığı olub.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları təxminən 30 dəqiqə ərzində onu həyata qaytarmağa çalışsalar da, nəticə əldə olunmayıb.

Aleksandr Kravtsov 2002-ci ildə “Ekspedisiya” brendini təsis edib. Brend səyahət və qastronomiya məhsulları ilə tanınır. O, həmçinin “Biznes bir ekspedisiyadır” və “Sevgi bir ekspedisiyadır” kitablarının müəllifidir.

Başsağlığı və vida mərasiminin vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.