5 illik qeyri-adi qadağa: Siqnal verən sürücülər cərimələnəcək!

Çinin Şençjen şəhərində APEC sammiti ərəfəsində avtomobil sürücülərinə səs siqnalından istifadə qadağan edilib.

Sherg.az xəbər verir ki, şəhərin ətraf mühitin mühafizəsi, yol hərəkəti və ictimai təhlükəsizlik qurumlarının açıqlamasına görə, qadağa günün 24 saatı qüvvədə olacaq və növbəti beş il ərzində tətbiq ediləcək.

Qaydanı ilk iki dəfə pozan sürücülər 300 yuan (45 dollar), üçüncü pozuntuya görə isə 500 yuan (75 dollar) cərimələnəcəklər. Təcili hallar və kəskin döngələrə yaxınlaşma kimi istisnalar nəzərdə tutulub.

Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək. Tədbir çərçivəsində Rusiya və Çin prezidentləri Vladimir Putinlə Si Cinpin arasında görüşün keçirilməsi gözlənilir. ABŞ Prezidenti Donald Trampla mümkün görüş məsələsi də müzakirə olunur.