Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək

Hindistan Ermənistana daha əvvəl İrəvan tərəfindən satın alınmış “Pinaka” yaylım atəşli reaktiv sistemləri üçün 1 000 idarəolunan raket tədarük edəcək.

Sherg.az xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” nəşri məlumat yayıb.

Hindistan nəşri İrəvanla Yeni Dehli arasında silah tədarükü ilə bağlı sövdələşmələr barədə vaxtaşırı məlumatlar dərc edir. Nəşrin yazdığına görə, bu, Ermənistana idarəolunan döyüş sursatlarının ilk partiyası olacaq.

Yaylım atəşli reaktiv sistemlər isə son 2-3 il ərzində satın alınıb. Onlar mayın 28-də Ermənistanın paytaxtında Birinci Respublika Günü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib.

Bir neçə müqavilə çərçivəsində Ermənistana ATAGS haubitsaları, “Akash” zenit-raket kompleksləri və “Swathi” radiolokasiya stansiyaları da tədarük olunub.