Sony “PlayStation” brendinin adını və loqosunu Rusiyada qeydiyyata almaq istəyir

Yaponiyanın “Sony Interactive Entertainment” şirkəti “PlayStation” brendinin adı və loqosunun Rusiyada qeydiyyata alınması üçün müraciət edib.

Sherg.az xəbər verir ki, bu barədə TASS müvafiq sənədlərə istinadən məlumat yayıb.

Müraciətlər oktyabrın 28-də Rusiya Patent İdarəsinə təqdim olunub. Şirkət oyun konsolları, aksesuarlar, videooyunlar və onlayn əyləncə xidmətlərini əhatə edən üç kateqoriya üzrə əmtəə nişanı hüquqlarını rəsmiləşdirməyi planlaşdırır.

Qeyd edək ki, “Sony” 2022-ci ilin yazında Rusiyaya oyun konsolları və disklərin rəsmi tədarükünü dayandırıb, “PlayStation Store” mağazasının fəaliyyətini də məhdudlaşdırıb. Buna baxmayaraq, şirkətin Rusiyadakı əsas hüquqi şəxsi fəaliyyətini davam etdirir.