Tirananın mərkəzində yerləşən Albaniya Baş naziri Edi Ramanın iqamətgahının yaxınlığında hökumət əleyhinə etirazçılarla polis arasında toqquşma baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "ATA" xəbər agentliyi məlumat yayıb.
Siyasətçinin istefasını tələb edən etirazçılar polisə "Molotov" kokteyli və səki daşları atıblar. Polis su şırnaqlarından və digər iğtişaş vasitələrindən istifadə edib.