Xankəndidə, Xocavənddə Azərbaycan qanunları qeydsiz-şərtsiz tətbiq ediləcək
Turan
11:41 21.02.2021
Siyasət
700
"Separatçı Araik Arutyunyan reallıq hissini itirib. O, öz mövcudluğunu qoruyub saxlamaq üçün saman çöpündən yapışmağa hazırdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Arutyunyanın "rus dili" "qərarı" bundan qaynaqlanır:
"Qarabağın Azərbaycanın ərazisi olduğunu bütün dünya tanıyır və qəbul edir. O cümlədən son vaxtlar Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında dəfələrlə bu həqiqəti etiraf edib, təsdiqləyib. Odur ki, terorçu rejimin başçısının nə deməsi və nəyisə təklif etməsi heç bir əhəmiyyət daşımır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla təsdiq və təsbit olunmuş faktdır. Bu baxımdan, Qarabağda yaşayan ermənilərin də əsas dövlət dili məhz Azərbaycan dilidir. Araik istəsə də, istəməsə də bu həqiqəti qəbul etməlidir və edəcək də".
Analitik vurğulayıb ki, Arutyunyan kimilər gec-tez Azərbaycan qanunları çərçivəsində yaşamağa məcbur olacaqlar:
"Xankəndidə, Xocavənddə, ermənilərin kompakt yaşadığı digər məntəqələrin hamısında Azərbaycan qanunları qeydsiz-şərtsiz tətbiq ediləcək. Bu mənada indi ermənilərin bu cür təxribatçı addımlar atmaları müvəqqətidir. Onlar bu cür sərsəm addımları ilə özlərini orada "söz sahibi" kimi göstərməyə çalışırlar. Amma bu kimi avantürist addımların sonu yoxdur. Biz avantürist, terrorçu qüvvələrə heç bir güzəştə getməyəcəyik. Araik kimi beyinsiz avantüristlər bilməlidirlər ki, terrorçu rejimin bütün bu cür təhrikçi addımları Qarabağda növbəti antiterror əməliyyatının başlanmasına gətirib çıxara bilər. Azərbaycan Ordusunun "dəmir yumruğ"u həmişə hazırdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm