Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
14:23 07.12.2023
Siyasət
499
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib.
Nazir Ceyhun Bayramov bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli və ölkəmizin suverenliyinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Bu dönəmdə ölkəmizdə fəaliyyət göstərən səfirin bu tarixi proseslərin şahidi olduğu xatırlanıb. Post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan bərpa-quruculuq işlərində, eləcə də yaşıl enerji zonalarının yaradılması və Azad İqtisadi Zonalar çərçivəsində ölkəmizin Yaponiya tərəfi ilə əməkdaşlığı üçün böyük imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Səfir Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm