Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb.
Hadisə yerinə çox sayda AFAD, 112 Təcili Tibbi Yardım və polis qüvvələri cəlb edilib.
Binada 3-4 nəfərin ola biləcəyi ehtimalına əsaslanaraq axtarış-xilasetmə əməliyyatı başlayıb.
Konya Böyükşəhər Bələdiyyə Başçısı Uğur İbrahim Altay sosial media hesabında paylaşım edərək belə yazıb:
"Axtarış-xilasetmə və təcili tibbi yardım qruplarımız hadisə yerinə çatıb. Əməliyyatlarımız davam edir. Xahiş edirik Beyşehir prospektində nəqliyyat sıxlığına diqqət edək."