“Azərbaycanda mina səbəbilə əlilliyi olan şəxslərə qiyməti 80-100 mina avro olan yüksək texnologiyalı protezlər verilir”.
“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə əlilliyi olan şəxslərə dövlət tərəfindən 57 adda reabilitasiya vasitələri verilir: “Onu da qeyd edim ki, mina səbəbi ilə əlilliyi olan şəxslərə yüksək texnologiyalı protezlər təqdim olunur. Onların qiyməti 80-100 min avrodur”.